SON DƏQİQƏ! Tarif Şurasından qiymətlərlə bağlı açıqlama

Cəmiyyət 11 Aprel 2022 | 20:14
OXUNUB: 2354
Hazırda Tarif Şurasında ictimai nəqliyyatda sərnişindaşıma xidmətinin tariflərinin dəyişdirilməsi məsələsi müzakirə olunmur.
 
Bu barədə Tarif Şurasından Sfera.az-a daşıyıcı şirkətlərin sərnişindaşımda tariflərin yenidən baxılması ilə əlaqədar müraciətlərinə münasibət bildirərkən qeyd edilib.
 
Vurğulanıb ki, sözügedən məsələnin müzakirə olunması üçün subyektlər tərəfindən təkliflər Nazirlər Kabinetinin 30 dekabr 2005-ci il tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na uyğun təqdim olunmalıdır:
 
"Məlumatlar bu Qaydalara uyğun təqdim edildikdən sonra məsələyə Şuranın iclasında əhalinin alıcılıq qabiliyyəti, istehlakçıların və bu sahədə xidmət göstərən subyektlərin maraqlarının uzlaşdırılması, dövlət büdcəsindən ayrılan subsidiyaların mərhələli şəkildə aradan qaldırılması və s. bu kimi amillər nəzərə alınmaqla baxılır və məqsədəuyğun hesab olunduğu təqdirdə tariflərin dəyişdirilməsi barədə qərar qəbul edilir".
 
Xatırladaq ki, aprelin 8-də Azərbaycanda özəl daşıyıcılar Tarif Şurasına müraciət edib.
 
"Buna baxmayaraq hazırda Bakı şəhərində ictimai nəqliyyatın 80 %-i qədərini (avtobuslarla müntəzəm sərnişindaşıma) özəl daşıyıcı şirkətlər icra edir.
 
Maliyyə hesabatlarına əsaslanaraq, hal-hazırda sərnişindaşımada mövcud olan gedişhaqqı (30 qəpik) nəinki investisiya layihələri, hətta əməliyyat xərclərinin qarşılanması üçün yetərli deyil.
 
Mövcud tarif daşıyıcı şirkətləri ciddi maliyyə itkiləri ilə üz-üzə qoyub, borclanmanı daha da artırıb, fəaliyyət imkanlarımını risk altına salıb".
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man