Bakıda gecə klubunda baş vermiş partlayış zamanı yaralanan Seneqal vətəndaşının vəziyyəti ağır olaraq qiymətləndirilir.
Sfera.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.
Bildirilib ki, Seneqal vətəndaşı ağciyər kontuziyası, III dərəcəli yanıq xəsarəti ilə özəl tibb müəssisələrinin birində müalicə alır, vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd edək ki, aprelin 3-də Bakının mərkəzində yerləşən gecə klublarının birində partlayış baş verib. Partlayış nəticəsində 37 nəfər müxtəlif dərəcəli xəsarət alıb, bir nəfər hadisə yerində vəfat edib. Daha sonra xəsarət alan üç nəfər aparılan müalicələrə baxmayaraq həyatını itirib. Bundan başqa, partlayış nəticəsində 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib.