Şənbə günü yağış, dolu yağacaq, güclü külək əsəcək

Cəmiyyət 08 Aprel 2022 | 13:15
OXUNUB: 1137
Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sfera.az-a verilən məlumata görə, lakin gecəyə doğru bəzi yerlərdə az yağış yağacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 10-12°, gündüz 14-17°, Bakıda gecə 10-12°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 8-13°, gündüz 18-23° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-6° isti olacaq.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man