Bakıda gecə klubundakı partlayışa görə həbs olunan bloqerdən XƏBƏR VAR

Cəmiyyət 07 Aprel 2022 | 17:38
OXUNUB: 1282
Bakıda gecə klubunda partlayışa görə həbs edilən Rəsul Rəsulovun apellyasiya şikayətinə baxılıb.

Sfera.az xəbər verir ki, bu barədə onun vəkili məlumat verib.

Vəkil bildirib ki, Bakı Apellyasiya Məhkəməsində R.Rəsulovun şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Rəsul Rəsulov yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsinə məsul olan iaşə obyektini icarəyə götürmüş "Merser food” MMC-də administrator işləyib.

Rəsul Rəsulovla yanaşı, "Merser food” MMC-nin təsisçisi, klubun meneceri Orxan Səfərov, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci Ərazi Dövlət Yanğın Ərazi idarəsinin inspektoru Ruslan Məmmədov da saxlanılıblar. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində iki nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, bir mənzil və iki qeyri-yaşayış obyektinə ziyan dəyib. (APA)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Son xəbərlər

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man