Oğlu intihar edən sahibkar həbs edildi - Dələduzluqda ittiham edilir

Cəmiyyət 07 Aprel 2022 | 11:30
OXUNUB: 1236
Ötən ilin may ayında Bakıda oğlu intihar edən sahibkar həbs edilib. 

Sfera.az xəbər evrir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, MİR avtosalonun sahibi Məhərrəm Əhədov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə həbs olunub. 

M.Əhədov barəsində artıq aprel ayının 5-də 3 ay müddətinə Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda vergidən yayınma və dələduzluqda ittiham edilir.

Məhərrəm Əhədovun biznes ortaqlarına milyonlarla borcu olduğu üzə çıxıb. 

M.Əhədov Bakıda və bir sıra yerlərdə özünə və ailəsinə məxsus şəxsi mülkləri, biznes obyektlərini satsa da, öhdəliyində olan borcları tam ödəyə bilməyib. 

Xatırladaq ki, ötən ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man