Operativ Qərargah üzvündən əhaliyə maska ilə bağlı MÜRACİƏT - VİDEO

Cəmiyyət 30 Mart 2022 | 16:06
OXUNUB: 920
Ölkəmizdə maska və COVİD-19 pasportu ilə bağlı yumşalmaların olması ehtimalı vaxtaşırı gündəmə gəlir. Sosial şəbəkələrdə müzakirələr zamanı da insanlar bu məhdudiyyətlərin nə zaman ləğv ediləcəyini müzakirə edirlər.

Sfera.az xəbər verir ki, Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov BAKU TV-yə açıqlamasında bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumda müzakirələr aparılır:

"Ölkəmizdə və region ölkələrinə baxdığımız zaman son zamanlarda epidemioloji vəziyyətin nəzarətdə olduğunu, dalğanın son həftələr içərisində ölkəmizdə tamamən söndüyünü deyə bilərik. Bütün bunlar yaxın gələcəkdə maska istifadəsinin, eləcə də bu xəstəliyin yarandıqdan sonra bizim qarşımıza çıxan və bizə diktə etdirdiyi bir çox yeni alışqanlıqlarımızın ortadan qaldırılması üçün zəmin yaradır.

Bu gün ölkədə var olan vəziyyətə uyğun şəkildə proqnozlar, hesablamalar aparılaraq gələcək risklər də nəzərə alınaraq müzakirələr olur. Bizlər yaxın zamanlarda, yəqin ki, bunun real nəticələrini də Operativ Qərargah tərəfindən eşidəcəyik".
 

(olke.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man