DTX rəis müavini: “Döyüşlərin başlayacağını dəqiq tarixinə qədər bilirdik” - VİDEO

Cəmiyyət 29 Mart 2022 | 10:02
OXUNUB: 3052
"Biz müharibənin başlayacağını, daha dəqiq, ermənilərin provokasiyaya əl atacağını dəqiq tarixinə qədər bilirdik. Dəqiq bilirdik ki, Ermənistan hansı istiqamətdən, hansı qüvvələrdən istifadə edərək bizə hücuma keçəcək”.

Sfera.az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəis müavini, "Zəfər” ordenli general-leytenant Fuad Rəsulov İTV-də yayımlanan "Görünməyən qəhrəmanlar – DTX” sənədli filmində Vətən müharibəsinin başlanmasından danışarkən deyib.

Onun sözlərinə əsasən, müharibə başlayan dövrdən etibarən DTX vahid orqan kimi öz işini aparmağa, əks-tədbirlərini görməyə nail olub.

"Biz xüsusi xidmət orqanı olaraq uzun müddət bu müharibəyə hazırlaşırdıq. Həm maddi-texniki bazalarımız, həm mənbələrimiz bunun üzərində köklənmişdi ki, istənilən anda Azərbaycana qarşı müharibə başlaya bilər”, - deyə Fuad Rəsulov əlavə edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man