Avtomobili qaçıran dostlar saxlanıldı - FOTO/VİDEO

Cəmiyyət 28 Mart 2022 | 18:50
OXUNUB: 1615
Göyçay Rayon Polis Şöbəsinə müraciət edən vətəndaş ona məxsus "VAZ-2106” markalı avtomobilin martın 25-i gecə saatlarında yaşadığı binanın qarşısından naməlum şəxs və yaxud şəxslər tərəfindən qaçırıldığını bildirib. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Sfera.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin nəqliyyat vasitəsi şəhər ərazisində tərk edilmiş vəziyyətdə aşkarlanıb.

Davam etdirilən tədbirlərlə avtomobili qaçıran şəxslərin əvvəllər məhkum olunmuşlar- Mirqadir Həşimov və İlqar Mustafayev olduqları müəyyən olunub. Onlar tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər avtomobili qaçırdıqdan sonra onun dövlət nömrə nişanını dəyişiblər və işləri ilə əlaqədar Ağdaş rayonuna gediblər. Daha sonra Göyçaya qayıdan dostlar nəqliyyat vasitəsinin akkumulyatorunu, maqnitofonunu, eləcə də digər avadanlıqlarını götürərək avtomobili tərk ediblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man