Şəkidə şəhid ailələri ziyarət edildi - FOTOLAR

Cəmiyyət 27 Mart 2022 | 16:09
OXUNUB: 1794
Novruz bayramı günlərində şəhid ailələrinin ziyarət edilməsi, onlara maddi və mənəvi dəstək göstərilməsi ənənə halını almaqdadır. Şəkidən olan millət vəkili Cavanşir Feyziyev Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etmək üçün bayram həftəsini Şəkidə keçirib.

Deputat Şəki şəhərində, eləcə də  rayonun Göybulaq, Cəfərabad, Qayabaşı, Sarıca, Çay Qaraqoyunlu, Şəki, Suçma, Böyük Dəhnə, Əlyar kəndlərində və Turan qəsəbəsində yaşayan şəhid ailələrinin qonağı olub. Şəhid ailələrinə dövlət tərəfindən lazımi qayğı və diqqətin göstərilməsi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən imzalanmış sərəncamların və şəhid ailələrinə verilən imtiyazların mahiyyəti haqqında sakinlərə ətraflı məlumat verən deputat, onların həyat və məişət şəraiti ilə yerində tanış olub, qarşılaşdıqları çətinliklərlə maraqlanıb.

Şəhid ailələri dövlət tərəfindən onlara göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib və onların problemləri ilə məşğul olan dövlət qurumlarının fəaliyyətindən də razı qaldıqlarını bildiriblər.

Keçən bir həftə ərzində Şəki şəhərində və onun kəndlərində yaşayan 57 şəhid ailəsinin hər biri ziyarət edilərək onlara maddi və mənəvi dəstək göstərilib. Görüşlər zamanı bəzi şəhid ailələri tərəfindən qaldırılan problemlərin bir hissəsi yerindəcə həll olunub, bir hissəsi isə deputat tərəfindən qeydiyyata alınaraq, tez bir zamanda həll olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırılıb.

Vətən öz şəhidlərinin xatirəsini əziz tutur, torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün canlarından keçmiş övladlarımız daim ehtiramla anılır və anılacaqdır.
 
(korrespondent.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man