Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 38 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sfera.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 583 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 303 nəfər müalicə olunaraq sağalıb, 9 670 nəfər vəfat edib. 610 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 695, bu günə qədər isə ümumilikdə 6 673 982 test icra olunub.