Azərbaycanda “İkinci arvad” adlı şirkət yaradan şəxs DANIŞDI: "Həyat yoldaşın yoxdursa..." - VİDEO

Cəmiyyət 17 Mart 2022 | 15:31
OXUNUB: 914
Azərbaycanda "İkinci arvad” adlı şirkət yaradılıb. Sözügedən MMC, 10 avqust 2021-ci ildə dövlət qeydiyyatına alınıb.

Sfera.az xəbər verir ki, adı cəmiyyətdə birmənalı qarşılanmayan şirkətlə bağlı ARB TV-nin "Günə Doğru” verilişi sujet hazırlayıb.

Belə ki, şirkətin sahibi Pakistan vətəndaşı İmran Şehzaddır. Onun sözlərinə görə, "ikinci arvad” gələcəkdə Azərbaycanda fəaliyyətə başlayacaq olan restoranının adıdır. Bəs, niyə başqa ad yox, məhz ikinci arvad? Şirkət sahibi bunun bir marketinq siyasəti olduğunu deyir: "Adı belədir. Həyat yoldaşın yoxdursa, gəlib bu restoranda qarnını doyura bilərsən”.

Bəs, Azərbaycanda şirkət adlarına nəzarət varmı? İstənilən söz, ifadə şirkət adı olaraq seçilə bilərmi? Ekspertlər deyir ki, hər bir şəxsin şirkət təsis edərək, ona istədiyi adı vermək hüququ var. Amma müəyyən təşkilatlar, ictimai birliklər, banklar, sığorta şirkətlərinin adında, onların fəaliyətinin xarakterini göstərən bir məzmun olmalıdır.

Hüquqşünas Samir Qasımov bildirib ki, istənilən şəxs şirkətə istədiyi adı qoya bilər: "Adi MMC də belə bir tələb yoxdur. İstənilən şəxs şirkətinə istədiyi adı qoya bilər və bu, artıq onun özünün mülahizəsinə bağlıdır”.

Görünən odur ki, qanunvericilikdə adla bağlı hər hansı bir qadağa, tələb yoxdur.

Hüquqşünas Şamil Paşayev isə bu adın cəmiyyətdə birmənalı qarşılanmayacağını deyib:

"Qanunla nizamlanmasa belə bu kifayət deyil. Çünki hüququn mahiyyəti eyni zamanda hüququn təməl prinsiplərinə, qəbul etdiyimiz konstitusiyamızın normalarına uyğun olmalıdır. Azərbaycan qanunvericiliyində "2-ci arvad” anlayışı cəmiyyətdə birmənalı qarşılanmayacaq”.

Hər hansı şirkətə qoyulan ad, həm də həmin MMC-nin kommersiya fəaliyyətinə uyğun olmalıdır.
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man