Rusiyada bu şirkətlər iflasla üzləşib - Azərbaycana axın başladı

Cəmiyyət 16 Mart 2022 | 14:22
OXUNUB: 804
"Mail.ru", "Vkontakte" və "Odnoklassniki" defolt təhlükəsi ilə üzləşib.

Rusiyanın əvvəllər "Mail.ru Group" kimi tanınan "VK Holdinq"i ("Vkontakte", " Odnoklassniki ", "Mail.ru", "M.Games" və s. servislər  daxildir) qiymətli kağızların sahiblərinə ödəniş edə bilmədiyi üçün texniki defoltla üzləşib. 

Sfera.az xəbər verir ki, bunuAzərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, holdinqin London Fond Birjasında fəaliyyəti Rusiyaya tətbiq edilən sanksiyalar çərçivəsində 3 mart tarixdən dayandırılıb və hazırda onun bütün öhdəlikləri ödəyə biləcək maliyyə vəsaiti  yoxdur:

"İstiqraz sahibləri onlara olan bütün borcların vaxtından əvvəl ödənilməsini tələb etsələr, VK-nın bunun üçün kifayət qədər pulu olmaya bilər ki, bu da texniki defoltla nəticələnəcək. "VK Holdinq"in rəhbəri Vladimir Kiriyenkodur (Rusiya Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenkonun oğludur), hansı ki, onun özünə də sanksiya tətbiq edilib.

Eyni zamanda, Amerikanın NASDAQ birjasında Rusiyanın məşhur internet mağazası "Ozon.ru" və Nyu-York Fond Birjasında "Yandex" (1,2 milyard dollar) şirkəti də eyni problemlə üzləşib".

Ekspertin sözlərinə görə, Rusiyanın rəqəmsal mühiti çökmək üzrədir, bir yandan xarici texnoloji şirkətlər Rusiya bazarını tərk edib, digər tərəfdən də Rusiyanın özünün rəqəmsal şirkətləri iflasla üzləşib: "Artıq Rusiyadan xeyli sayda İT şirkətlər və İT mütəxəssislər də iş üçün, miqrasiya üçün  bizim İT sektora müraciətlər etməkdədir".
 
(olke.az)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man