Rusiya-Ukrayna müharibəsi başlayandan sonra hər iki ölkədən Azərbaycana keçmək istəyən soydaşlarımız günlərdir ki, Dağıstanda sərhəddə qalıblar. Onlar deyirlər ki, Rusiya sərhədini keçsələr də, hələlik ölkəmizə buraxılmayıblar.
Sfera.az-ın məlumatına görə, vətəndaşlar iddia edirlər ki, koronavirus pandemiyası ilə bağlı quru sərhədlərin bağlı olması əsas gətirilərək onlar ölkəyə buraxılmır. Hazırda soydaşlarımız qida tapmaqda çətinlik çəkdiklərini deyirlər.
Məsələ ilə bağlı Baş nazir Əli Əsədov parlamentin bugünkü iclasında bildirib ki, Dağıstanda sərhəddə qalan soydaşlarımızın məsələsi hökümətin diqqətindədir. Amma onlarla bağlı qəti qərar hələ verilməyib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: