Göyçay Rayon İcra Hakimiyyətinin daha iki vəzifəlisi PROKURORLUĞA çağırıldı

Cəmiyyət 15 Mart 2022 | 16:19
OXUNUB: 2828
Bir neçə gündür Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama aparır. Ötən gün Göyçay Rayon İcra Hakimiyyətinin başçısının köməkçisi Vahid İsayev Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. 

Bizim.Media-nın əldə etdiyi məlumata görə Vahid İsayevdən sonra daha iki səlahiyyətli şəxs Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.
 
Belə ki, Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov, eləcə də Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürovun prokurorluqda ifadələri alınıb. 

Məsələni Baş Prokurorluqla dəqiqləşdirmək cəhdimiz baş tutmasa da,  adlarıçəkilən şəxslərlə əlaqə yarada bildik. 

Saytımıza açıqlamasında Göyçay şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndəsi Rəşad Şükürov prokurorluğa çağırıldığını təsdiqləyib:
 

"Hamını dəvət ediblər. Eləcə də mən çağırılmışam. Müəyyən suallar olub, cavab verib gəlmişik. Hal-hazırda öz işimin başındayam”, - deyə o, qeyd edib. 

Göyçay şəhər Bələdiyyəsinin sədri Cavid Rəhimov isə həmkarından fərqli olaraq prokurorluğa çağırılmadığını bildirib:

"Xeyr, mən dindirilməmişəm. Mən başçının müavini filan deyiləm, bələdiyyə sədriyəm, niyə dindirilim ki?”

Məlumat üçün bildirək ki, "Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi ilə bağlı Cavid Rəhimov barəsində 2020-ci ildə Cinayət Məcəlləsinin 259.2.4 (qanunsuz ağac kəsmə, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 28-də işdən çıxarılıb. O, 2016-cı il iyunun 10-da bu vəzifəyə təyin olunmuşdu. 

İddialara görə Mehdi Səlimzadə Göyçay rayonuna icra başçısı təyin olunandan sonra fermerlərə, bələdiyyələrə məxsus torpaq sahələrinə əl qoyub. Həmçinin, Göyçay rayonunda torpaqların suvarılması üçün sovet dönəmində tətbiq edilmiş 500.000 metrdən çox çürüməyən qiymətli metaldan düzəldilmiş boruları torpağın altından çıxartdırıb satmaqda ittiham olunur. 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man