“Avropa Parlamentinin qəbul etdiyi qərəzli qətnamə Aİ-nin xoşməramlı səylərilə ziddiyyət təşkil edir”

Cəmiyyət 12 Mart 2022 | 15:37
OXUNUB: 1452
Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi - "Dağlıq Qarabağda mədəni irsin dağıdılması” adlı qətnamənin heç bir hüquqi əsası yoxdur. Bu, ermənipərəst parlamentarilərin Azərbaycana qarşı növbəti qərəzidir.

Təəssüf ki, bu müddət ərzində Avropa Parlamenti Azərbaycan xalqının mədəni irsinin dağıdılmasına, talan edilməsinə susub, göz yumub. Otuz ilə yaxın müddətdə dağıdılaraq məhv edilmiş 403 tarixi-dini abidənin 67-si məsciddir. Ermənilərin məscidlərdən tövlə kimi istifadə etdiyini bütün dünya görüb. Azərbaycanın çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan işğal dövründə UNESCO və digər ixtisaslaşmış beynəlxalq qurumların mədəni irsin vəziyyətinin qiymətləndirilməsi üçün bu ərazilərə səfərlərinin qarşısını alıb. Bu təsisatlar da erməni vəhşiliyinə dair faktaraşdırıcı missiya təşkil etməkdən çəkinib.

Avropa Parlamenti isə real faktlar əsasında bir dəfə də olsun qətnamə qəbul etmədi. Avroparlamentarilər isə 30 illik işğalın nəticələrini, Ermənistanın müharibə cinayətlərini görməzlikdən gələrək, daha çox Azərbaycana qarşı iftira və böhtan kampaniyalarında xüsusi fəallıq göstərməyə üstünlük verdilər.

Sonuncu qətnamə isə islamafobiya, qərəz və ikili standartların növbəti nümunəsidir. Avropa Parlamenti Cənubi Qafqaz regionunda yaranmış yeni reallıqları görməzdən gəlməyə çalışır. Halbuki münaqişə artıq başa çatıb və bu gün "Dağlıq Qarabağ” adlı münaqişə və bu adda  ərazi vahidi yoxdur. "Dağlıq Qarabağ” ifafəsi artıq tarixdə qalıb. Ötən ay Avropa İttifaqının sədri Fransanın təşəbbüsü ilə videoformatda baş tutan görüşdə də "Dağlıq Qarabağ” ifadəsi işlədilmədi.

Yəni, dünya birliyi də bu reallığı qəbul edir. Avropa Parlamentinin bu qərəzli yanaşması Avropa İttifaqı rəhbərliyinin son dövrlərdə Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin olunması istiqamətində nümayiş etdirdiyi xoşməramlı səylərlə də ziddiyyət təşkil edir.

Sözügedən qətnamə birmənalı şəkildə beynəlxalq humanitar hüququn prinsiplərinə, eyni zamanda, mədəni və dini abidələrin dağıdılmasına qarşı Avropa İttifaqının özünün qəbul etdiyi prinsiplərə də ziddir. Paradoks həm də bundadır ki, qətnamədə Beynəlxalq Ədalət Məhkəməsinin 2021-ci ilin dekabr qərarının mahiyyəti təhrif edilərək, bütövlükdə Ermənistan tərəfindən məhkəmə qarşısında qaldırılmış, lakin rədd edilmiş iddialara istinad olunur. Bu cür qərəzli qətnamələr Ermənistanın daha çox destruktiv mövqe tutmasına zəmin yaradır. 30 illik işğal dövründə də Azərbaycan işğala məruz qalan tərəf olsa da, məsələnin sülh yolu ilə həllinə calışıb. Danışıqlar masasında özünü adekvat aparmayan, sülh danışıqlarını pozan isə Ermənistan olub. Beynəlxalq təşkilatların işğalçının bu pozucu fəaliyyətini susqunluqla izləməsi və ya işğalçıya açıq dəstək verməsi vəziyyətin daha gərgin fazaya keçməsinə səbəb oldu. Postmünaqişə dövründə də eyni yanaşma yolverilməzdir.   Bu, sülhyaratma missiyasına  bilərəkdən vurulan zərərdir.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man