Ukraynadan Polşaya keçən azərbaycanlıların NƏZƏRİNƏ!

Cəmiyyət 02 Mart 2022 | 17:53
OXUNUB: 2794
Ukraynadakı vəziyyətlə əlaqədar Azərbaycan vətəndaşlarından Polşanın Ukrayna ilə sərhəd-keçid məntəqəsini keçdikdən sonra Polşa tərəfindən təklif edilən istiqamət üzrə hərəkət edən təxliyə avtobuslarına minmələri xahiş olunur.

Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın Polşadakı səfirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, avtobuslar müxtəlif şəhərlərdə yerləşən qəbul məntəqələrinə hərəkət edir. Vətəndaşlarımız həmin qəbul məntəqələrində yerləşdirildikdən dərhal sonra Azərbaycan Respublikasının Polşadakı Səfirliyinin 0048576900183 saylı qaynar xəttinə bağlı "WhatsApp” nömrəsinə yaxud [email protected]  elektron poçt ünvanına aşağıdakı məlumatı göndərməlidirlər:

1) Pasportun (olmadığı təqdirdə şəxsiyyətini təsdiq edən istənilən sənədin) surəti (fotoşəkli);

2) Hazırda yerləşdirildiyi ünvan;

3) Telefon nömrəsi (və olduğu təqdirdə "WhatsApp” nömrəsi);

4) Azərbaycanda yaxın qohumunun ünvanı və telefon nömrəsi.

Həmin məlumatlar əsasında vətəndaşlarımız siyahıya alınacaq və onlar üçün Polşadan Azərbaycana təxliyə uçuşları təşkil olunacaq. Təhlükəsizlik şərtlərini nəzərə alaraq, təxliyə təyyarəsinə yalnız adları Səfirliyin siyahısında olan şəxslər buraxılır. Təxliyə zamanı, ilk növbədə, qadınlara, uşaqlı valideynlərə, yaşlılara və tələbələrə üstünlük verilir. Digər kateqoriyadan olan vətəndaşlar növbəyə alınır.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man