Xanım sərnişinə əxlaqsız təkliflər edən sürücü saxlanıldı

Cəmiyyət 21 Fevral 2022 | 18:46
OXUNUB: 962
Sosial şəbəkələrdə ötən gün "20 Yanvar" metrostansiyasının yaxınlığında taksi sürücüsünün xanım sərnişinə əxlaqsız təkliflər etməsi barədə məlumat yayılıb. Bildirilib ki, daha sonra isə sürücü xanıma qarşı nalayiq hərəkətlər edib.

Sfera.az xəbər verir ki, məsələ barədə DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat yayıb.

O bildirib ki, Bakıda müştərisi olduğu xanıma qarşı hörmətsizlik edən taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb:

"Həmin avtomobilin sürücüsü, 1989-cü il təvəllüdlü Röyal Həsənov əməlini etiraf edib. Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man