Nuridə Allahyarovaya yeni vəzifə verildi

Cəmiyyət 18 Fevral 2022 | 10:24
OXUNUB: 557
Jurnalist Nuridə Allahyarovaya vəzifə verilib.
 
Sfera.az bildirir ki, bu barədə o özü məlumat verib. Allahyarova bu gündən Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Beynəlxalq və İctimaiyyətlə əlaqələr sektorunun müdiri qismində fəaliyyətimə başladığını açıqlayıb:
 
"İcrasına başladığım vəzifədə xidmətin birbaşa hədəfi tarixdir, mədəni irsimizdir. Bu etimadı mənə layiq görən nazir Anar Kərimova və Xidmətin rəisi Azad Cəfərliyə təşəkkürümü bildirirəm”, - deyə o əlavə edib.
 
Xatırladaq ki, N.Allahyarova bundan qabaq doğma Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi olub. O, həmçinin Vergilər Nazirliyi (Dövlət Vergi Xidməti), Prezident Yanında Dövlət İdarəçilik Akademiyası, Binəqədi RİH, "BakuBus" MMC, Bakı Nəqliyyat Agentliyi, ATV, Space kimi yerlərdə də çalışıb.
 
Günay Rəsulqızı
Sfera.az
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man