Şuşanın qaz təchizatının xəritəsi hazırlandı

Cəmiyyət 15 Fevral 2022 | 20:00
OXUNUB: 1184
"Azəriqaz” İstehsalat Birliyi Şuşa şəhərinin qaz təchizatı şəbəkələrinin elektron xəritəsini hazırlayıb.

Bu barədə Energetika Nazirliyinin 2021-ci ildə görülmüş işlərə dair hesabatında deyilir.

"Şəhərin qaz təchizatı şəbəkələrinin elektron xəritələri hazırlanıb, inventarizasiya aparılıb. Hazırlanmış xəritələr və texniki məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, eləcə də Şəhərsalma üzrə Dövlət Komitəsinə təqdim edilib”, - deyə hesabatda deyilir.

Bundan başqa, Hadrutda, Xocavənd rayonunun Tuğ, Böyük Tağlar, Zoğalbulaq, Azıx, Edilli, Axullu, Ağbulaq, Şexer kəndlərinin, Füzuli rayonunun Qacar kəndində analoji işlər həyata keçirilib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man