Sfera.az xəbər verir ki, səhər yuxudan duraraq övladlarını məktəbə aparan valideynlər belə bir mənzərə ilə rastlaşıblar.
Narkotikin təsiri altında olduğu iddia edilən şəxs onlara məxsus yaşayış binasının blokunda bu şəkildə yerə uzanıb.
Bura Yasamal rayonu, Zivərbəy Əhmədbəyov küçəsi, 39 ünvanında yerləşən 5 mərtəbəli yaşayış binasıdır. Biz də həmin ünvanda olduq. Sakinlər bildirdilər ki, artıq narkotik istifadəçiləri sözün əsl mənasında bu bloku özlərinə yuva seçiblər.
Sakinlər bildirirlər ki, həmin şəxslər bir neçə nəfərdir və əsasən də gecə saatlarında gəlirlər.
Sakinlər bildirirlər ki, həmin şəxslər bəzi hallarda mənzillərin qapısını açmağa da cəhd edirlər.
Məsələ ilə bağlı Daxili işlər Nazirliyindən bildirildi ki, həmin görüntülər araşdırılıb. Məlum olub ki, yerə uzanmış həmin şəxs tüfeyli həyat tərzi sürür və narkotik vasitə aludəçisidir. Polis həmin ünvanda nəzarət tədbirlərini artıq gücləndirib. Əraziyə toplaşan digər şəxslərin də müəyyən edilərək məsuliyyətə, eləcə də lazım olarsa məcburi müalicəyə cəlb edilməsi istiqamətində işlər aparılır.
Yasamalda yerləşən həmin binadan ətraflı reportajı izləyək.
xəzərxəbər.az/
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man