Azərbaycan vətəndaşları Türkiyədə icbari tibbi sığortadan yararlana biləcək

Cəmiyyət 08 Fevral 2022 | 10:59
OXUNUB: 513
"Azərbaycandan xeyli sayda tələbə Türkiyədə tibb sahəsində təhsil alır, orada çalışır və ya vətənə geri dönürlər. Bu da hər sahədə olduğu kimi Türkiyə ilə Azərbaycan arasında əlaqələrə öz töhfəsini verir”.

Sfera.az  xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev bildirib.

O qeyd edib ki, hazırda biz Türkiyə tərəfi ilə Vətən müharibəsi qazilərinə psixoloji yardımın göstərilməsi ilə bağlı layihə üzərində işləyirik: "Bundan əlavə, Azərbaycanda olan bir sıra xəstəxanaların Türkiyədəki xəstəxanalarla qardaşlaşması ilə bağlı layihələri müzakirə edirik”.

Zaur Əliyev vurğulayıb ki, Azərbaycan icbari sığorta sahəsində Türkiyə ilə əməkdaşlığı genişləndirmək, Türkiyə təcrübəsindən yararlanmaq niyyətindədir: "Gələcəkdə, bir neçə il sonra icbari tibbi sığortalarımızın qarşılıqlı olaraq hər iki ölkədə tanınması üzərində işləyəcəyik. Bundan sonra isə Türkiyə vətəndaşları Azərbaycanda, Azərbaycan vətəndaşları isə Türkiyədə icbari tibbi sığortadan istifadə edə biləcək”.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man