İraq və Suriyadan Azərbaycana qaytarılan uşaqların sayı AÇIQLANDI

Cəmiyyət 01 Fevral 2022 | 15:08
OXUNUB: 355
"İraq və Suriyadan ölkəmizə repatriasiya olunan vətəndaşlarımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən də lazımi sosial dəstək tədbirləri ilə əhatə olunurlar. Ümumilikdə 2018-ci ildən bu günə qədər müvafiq dövlət qurumları tərəfindən 358 Azərbaycan vətəndaşının vətənə repatriasiyası həyata keçirilib".

Sfera.az  xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov keçirdiyi brifinqdə deyib.

Sədrin sözlərinə görə, onlardan 340 nəfəri uşaq, 18 nəfəri isə qadınlardır: "Ötən il ümumilikdə 81 nəfər vətəndaşımız qeyd olunan ölkələrdən repatriasiya olunub ki, onlardan da 49 nəfəri Agentliyin tabeliyində olan sosial xidmət müəssisəsinə yerləşdirilib. Agentliyinin sosial işçiləri tərəfindən onlarla müvafiq psixo-sosial reabilitasiya işləri aparılıb və bu proses davam etdirilir".

O qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondu, Dövlət Məşğulluq İdarələri və Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları, həmçinin bu ailələrə sosial fəstək göstərilməsi üçün 3 sosial işçidən ibarət səyyar qruplar yaradılıb və onlar tərəfindən Bakı və qəsəbələrində, Sumqayıt və Abşeronda yaşayan 87 repatriant uşaqların ailələrindən 79-a səfərlər təşkil edilib: "Bu səfərlər zamanı ailələrin sosial problemləri və digər zəruri ehtiyacları öyrənilərək qeydiyyata alınıb və müvafiq dəstək göstərilməsi üçün tədbirlər görülüb. Hazırda da bu şəxslərin və onların ailə üzvlərinin zəruri sosial xidmətlərlə təmin edilməsi üçün tədbirlər davam etdirilir".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man