Üzrxahlıq videoları niyə çəkilir? - DİN AÇIQLADI

Gündəm 22 Fevral 2022 | 11:09
OXUNUB: 629

"Peşimançılıq-üzrxahlıq hüquqazidd əməlin qəsdlə yox, ehtiyatsızlıqdan törədilməsini ifadə edir". Avtosfer.az xəbər verir ki, bu sözləri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib. Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı xüsusi qadağa sanksiyalaşdırılmır: "Üzrxahlıq hüquqi metodoloji baxımdan islahedici, çəkindirici xarakter daşıyır. Buna ictimai qaydaya etinasız yanaşan insanlar ibrət nümunəsi kimi baxa bilər. 

Əgər bir şəxs öz əməlini etiraf edib, səmimi peşimançılığını ifadə edirsə, burada qəbahət yoxdur. Başqa sözlə, elə şəxslər var, “peşiman deyiləm, yaxşı eləmişəm”, -deyə bildirməsi hüquqi nonsens sayılmırmı? Səhvdən, neqativ əməldən sonra peşimançılıq hissi necə olmalıdır, səhv edən insan özünü günahkar saymalıdırmı? Əlbəttə, insanların ictimai davranışlarına, tutduğu mövqeyə, dünyagörüşünə görə fərqli yanaşmaların olması anlaşılandır".

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man