Azərbaycanda həyata keçirilən gənclər siyasətinin əsas istiqamətləri

Cəmiyyət 25 Yanvar 2022 | 10:44
OXUNUB: 768
Gənclik dövrünün əsas hərəkətverici qüvvəsidir. Hər bir cəmiyyətin sağlam düşüncəli, təfəkkürlü gənclərə böyük ehtiyacı var. Bu gənclərin yetişməsi üçün isə cəmiyyət özü zəmin yaratmalıdır.
 
Qeyd edək ki, milli mənlik şüuruna malik gənclərin formalaşması üçün beş-on il bəs etmir, bunun üçün illər lazımdır.
 
Hazırda  Azərbaycanda həyata keçirilən gənclər siyasəti dövlət siyasətinin ən mühüm tərkib hissələrindən birinə çevrilib. Gənclərin vətənpərvərlik tərbiyəsinin, milli şüurunun inkişafı, eyni zamanda mənzil - məişət şəraitlərinin yaxşılaşdırılması, məşğulluğunun artırılması və digər məsələlərin həlli üçün dövlət proqramları qəbul edilib, prezident fərmanı və sərəncamları imzalanıb, qanunvericilik bazası yaradılıb.

Xüsusilə qloballaşma və inteqrasiya dövründə Azərbaycan xalqının əsrlərə söykənən adət-ənənələrinin, milli dəyərlərinin qorunması  qarşıya qoyulan prioritet istiqamətlərdəndir.  Çağdaş dövrün tələblərinə cavab vermək, yeniliklərə açıq olmaq lazımdır, lakin bəzi dəyərlər unudulmamalıdır, unutdurmamalıyıq. Bunun üçün də təbliğat və milli ruhu yetişməkdə olan nəsilə sevdirmək mühümdür.



Bu gün milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz yüksək səviyyədə qorunur, tariximiz dərindən öyrənilir.

44 günlük Vətən müharibəsindən sonra da gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hislərinin tərbiyəsi üçün xüsusi rol oynadı. Məhz bu savaş Azərbaycan gəncinin vahid ideologiyaya, milli ruha nə dərəcədə bağlı olduğunu əyani sübut etdi. İkinci Qarabağ müharibəsindən sonra bu mövzuya həsr olunan filmlər çəkildi, ədəbiyyat nümunələri hazırlandı, media maarifləndirici təbliğat həyata keçirdi. Bütün bunlar yeni və yetişməkdə olan gəncliyin yaxın keçmişi unutmaması və milli ruhda böyüməsi üçün mühüm amildir.
 
Onu da qeyd edək ki, milli mənlik şüuru Azərbaycanın varlığının, milli özünüidarə və özünütəsdiqinin məcmusudur. Milli mənlik şüurunun komponentlərinə isə  millətin adı, varlığı, dili, xarakteri, adət və ənənələri, psixologiyası, mənəviyyatı, mədəniyyətini daxil etmək olar. Hər bir azərbaycanlı gəncdə milli mənlik şüuru belə bir zəmin üzərində təşəkkül tapır və belə bir həqiqəti bir daha təsdiq edir ki, mədəniyyətin, elmin inkişafı xalqın böyüklüyü və kiçikliyindən yox, həmin xalqın müdrikliyindən və zəngin təfəkkür tərzindən asılıdır.
 
Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsinə diqqət çəkdik, lakin unutmaq olmaz ki, bu ancaq dövlətin vəzifəsi olmamalıdır. İlk növbədə ailədən başlayaraq hər bir uşaq gənc vaxtlarından milli vətənpərvərlik ruhunda tərbiyə olunmalıdır. Digər bir istiqamət isə məktəb illərində sağlam gənc nəsilin yetişdirilməsi ilə bağlı xüsusi proqramlar icra olunmalıdır. Xüsusi dərslər keçirilməlidir. Ölkənin tarixi, bu günü və gələcəyi haqqında gənc nəsildə düzgün təəssürat və fikir formalaşdırılmalıdır. O cümlədən yetkin gənc nəsilin tərbiyə olunması universitet səviyyəsində müəyyən layihə və proqramlara cəlb etməklə təmin olunmalıdır.

Əzizə Zeynal



Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb
 
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man