"Məktəblərdə pul yığımı könüllü şəkildə ola bilər" - Emin Əmrullayev

Cəmiyyət 21 Dekabr 2021 | 11:08
OXUNUB: 1287
"Kimisə söymək problemi həll etmir. Çox söyüş söyməklə problemi həll etmək olmaz".
 
Sfera.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin brifinqində  nazir Emin Əmrullayev bildirib. 

Nazir sosial şəbəkələrdə problemlərin paylaşıldığını, lakin buna söyüş dolu rəylərin gəldiyini və dəfələrlə eyni hadisənin yaşandığını diqqətə çatdırıb.
 
Emin Əmrullayev məktəblərdə pul yığımlarının qeyri-qanuni olduğunu bildirib:

"Bu, cəmiyyətin xroniki problemidir. Mən oxuduğum müddətdə də belə problem var idi. Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır. Məktəbə əlavə resurs gəlmir. Təhsil belədir ki, buraya əlavə bir manat da gəlsə, yaxşı nəticə əldə olunur. Lakin bu məcburi olmamalıdır".

Əzizə Zeynal 
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man