“Bugünkü müharibələrin məqsədi, qaydaları fərqlidir…” – Cavanşir Feyziyev

Cəmiyyət 11 Dekabr 2021 | 14:24
OXUNUB: 995
"1 il əvvəl Azərbaycan paytaxtının baş meydanında keçirilən Zəfər Paradı Qarabağda aparılan qalibiyyətli Vətən müharibəsi ilə tariximizə yazılan Zəfər salnaməsinin son cümləsininə qoyulan nida işarəsinə bənzədi. Bu Parad elə Prezident İlham Əliyevin düşmən ölkə rəhbərinin təxribatına cavab olaraq səsləndirdiyi  "Qarabağ Azərbaycandır” ifadəsinin sonundakı nida işarəsi idi”.
 
Sfera.az xəbər verir ki, bu sözləri deputat Cavanşir Feyziyev bildirib. Millət vəkili bu gün dünyada aparılan müharibələrin məqsədinin və qaydalarının fərqli olduğunu diqqətə çatıdırıb:

"Yaşadığımız zəfər təntənəsi, təəssüf ki, müharibələrlə bağlı göynəkli düşüncələr də yaşadır. Tarixdə çox müharibələr olub. Haqlı-haqsız, ədalətli və ya ədalətsiz. Bütün müharibələrin hər iki tərəf üçün ümumi olan və tarix boyu dəyişməyən cəhətləri var – itkilər, məhrumiyyətlər və onlardan doğan nifrət. İnsan itkisi, torpaq itkisi, sərvət itkisi və s. düşmənə nifrəti gücləndirir və bir müharibə başa çatmamış insanları yeni müharibəyə körükləyirdi. Qazananlar qənimətlərini əllərində saxlamaq, məğlublar isə itirdiklərini bərpa etmək üçün yenidən sa­vaşmalı olurdular. Bugünkü müharibələrin məqsədi, qaydaları və nəticələri çox fərqlidir. Amma ibtidai dünyanın müharibələrini müşaiyət edən və hər iki tərəfin nəsibi olan ölüm, məhrumiyyət və itkilər müasir müharibələrin də ayrılmaz atributları olaraq qalmaqdadır”.
 
Cavanşir Feyziyev bir öl öncə keçirilən əlamətdar günü, Zəfər paradını xatırladıb:
 
"Yeganə bir fərq var– tərəflərdən yalnız birinə nəsib olan Zəfər xoşbəxtliyi. Ermənistanın Azərbaycana hərbi təcavüzündən 30 il sonra bu sevincin və xoşbəxtliyin sahibi Azərbaycan xalqı oldu. Bir il əvvəl ölkənin baş meydanında keçirilən Zəfər paradı qalib ordumuzun düşmən üzərində tam və birdəfəlik Qələbəsinin möhtəşəm təntənəsi oldu. Bu Zəfər paradı ümumxalq həmrəyliyimizin təcəssümü və düşmənə qarşı yumruq kimi birləşmiş bir xalqın müqəddəs Vətən sevgisinin təzahürü idi.

İtkilərimiz olsa belə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında yenilməz ordumuzun qazandığı möhtəşəm Zəfər xalqı nifrətə yox, qurub-yaratmağa, xoşbəxt və firavan həyata səslədi. Zəfər paradında hərbçilərimizin torpağı möhürləyən sərrast addımları yalnız zəfərlərlə davam edəcək yeni həyatın başlanğıc addımları kimi səsləndi. Bu addımlar xalqımızı və dövlətimizi yeni və daha parlaq zəfərlər yoluna çıxartdı”.
 
İnci
 
 
 
 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man