Azərbaycanda hərbçilərə qoyulan qadağa və məhdudiyyətlər - SİYAHI

Cəmiyyət 17 Noyabr 2021 | 13:50
OXUNUB: 3840
Azərbaycanda hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar qoyulan qadağalar və məhdudiyyətlər müəyyənləşir.

Sfera.az xəbər verir ki, bu, "Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, hərbi qulluqçulara aşağıdakılar qadağandır:

1. Tətil etmək;

2. Seçkili orqanlarda vəzifə tutmaq;

3. Siyasi partiyalara, QHT-lərə, dini qurumlara və həmkarlar ittifaqlarına üzv olmaq;

4. Yığıncaqlarda, nümayişlərdə, küçə yürüşlərində və piketlərdə iştirak etmək;

5. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

6. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına mülki peşə, orta ixtisas və ali təhsil müəssisələrində təhsil almaq;

7. Daimi yaşamaq üçün xaricə getmək;

8. Siyasi və dini təbliğatla məşğul olmaq;

9. Dövlət sirrini yaymaq.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man