Yasamaldakı "xruşovka"ların yerində nə tikiləcək? - AÇIQLAMA

Cəmiyyət 15 Noyabr 2021 | 14:55
OXUNUB: 1174
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə və İ.Talıblı küçələrinin kəsişməsində yerləşən və hazırda sökülməkdə olan "xruşovka"ların yerində yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır.

Sfera.az bildirir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.

Bildirilib ki, ərazidə tikintiyə icazə icraatı çərçivəsində təqdim olunmuş ərazi planlaşdırma sənədləri normativ tələblərə əsasən təsdiq edilib.

"Hazırda tikintiyə icazə üçün aidiyyəti dövlət qurumlarının rəyləri toplanılır. Qeyd edilən ünvanda "SmartDom” MMC tərəfindən yaşayış və qeyri-yaşayış binalarının tikintisi planlaşdırılır. İndiki mərhələdə həmin ərazidə əmlak istifadəçiləri ilə tikinti şirkəti arasında qanunvericiliyin tələblərinə uyğun olaraq danışıqlar aparılır".

Xatırladaq ki, Yasamal Rayon İcra Hakimiyyətinin baş memarı Eyvaz Bağırov Trend-ə açıqlamasında bildirmişdi ki, mərhələli şəkildə həmin ərazidəki bir neçə bina söküləcək.

Qeyd edək ki, SSRİ-də ilk beşmərtəbəli "xruşovka" bina 1957-ci ildə Moskvada inşa olunub. Bundan qısa müddət sonra SSRİ-nin bütün şəhərlərində bu panel binaların inşasına başlanılır. Azərbaycanda isə "xruşovka"ların tikintisinə 1959-cu ildə start verilib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man