Azərbaycanda bu sahələrdə dövlət rüsumları artırılacaq - VİDEO

Cəmiyyət 02 Noyabr 2021 | 09:39
OXUNUB: 643
"Dövlət rüsumu haqqında" qanuna bir sıra dəyişikliklərin edilməsi təklif olunub. Bu dəyişikliklər qəbul olunarsa, bir sıra sahələrdə rüsumların miqdarı artırılacaq.

Sfera.az xəbər verir ki, Azərbaycanda bəzi sahələrdə indiyə qədər tətbiq olunan rüsumların miqdarında dəyişikliklərin edilməsi nəzərdə tutulur. Artıq təkliflər Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında müzakirə olunub.

Rüsum dəyişiklikləri avto-moto nəqliyyat vasitələrini, bank, birja və sığortaçıların qeydiyyatını, eləcə də nikah məsələlərini, dərman qeydiyyatını, Azərbaycan vətəndaşlığına qəbul edilmək, bərpa edilmək və ya vətəndaşlıqdan çıxarılmağı əhatə edir. Millət vəkili Aydın Hüseynov "Xəzər Xəbər"ə bildirib ki, rüsumlarda edilən dəyişikliklərin ilk növbədə dövlət orqanlarının vətəndaşlara göstərdiyi xidmətlərin keyfiyyətinə töhfə verəcəyini düşünür.

Alkoqollu içkilər və tütün məmulatları ilə bağlı aksiz dərəcələrinə də yenidən baxılır. Lakin rüsumlarla bağlı vətəndaşları ən çox maraqlandıran sual avtomobillərin idxalı ilə bağlı tətbiq olunan rüsumlara hansı dəyişikliklərin ediləcəyidir. Millət vəkili buna əsas olmadığını bildirir. Onun sözlərinə görə, hətta bəzi rüsumlarda azalmalar da nəzərdə tutulur.

Millət vəkili edilən rüsumların qeydə alınan inflyasiya və digər iqtisadi proseslərlə əlaqəli olduğunu deyir. Bu rüsum dəyişikliyi zamanı isə əhalinin gəlirləri nəzərə alınıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man