Könüllü tibbi sığortaya maraq artır - SƏBƏB

Cəmiyyət 20 Avqust 2021 | 15:07
OXUNUB: 1086
Azərbaycanda son illərdə sığorta bazarında ciddi böyümə müşahidə edilir. Böyümə icbari sığorta bazarı ilə bərabər könüllü sığorta bazarında da baş verir.
 
Sığorta bazarında baş verən dəyişikliklərlə bağlı Sfera.az saytına danışan ekspert İlkin İbrahimov qeyd etdi ki, son 5 ildə sığorta sektorunda böyümə 50 faizdən çox olub. Ekspert söylədi ki, 2016-cı ilin yanvar-iyununda sığorta haqları üzrə yığımlar 285,34 milyon manat olduğu halda 2021-ci ilin yanvar-iyununda 452 milyon manatı ötüb. İ.İbrahimov bu dövrdə sığorta ödənişlərinin daha çox artdığını dedi. O vurğuladı ki, müqayisə edilən dövrdə ödənişlər 2,44 dəfə artaraq 248 milyon manatı ötüb. 

Ekspert hesab edir ki, sığorta bazarının böyüməsində könüllü sığortaya olan marağın artmasının böyük rolu var: 

"2016-cı ilin yanvar-iyununda könüllü sığorta üzrə yığımlar 151 milyon manat, ödənişlər 66,6 milyon manat olmuşdu. Amma bu ilin birinci yarısında könüllü sığorta üzrə yığımlar 2 dəfə artaraq 304,5 milyon manata çatıb. Sığorta ödənişləri isə daha çox artaraq 183,7 milyon manata yüksəlib. 

Könüllü sığortada artım daha çox həyat sığortasında olub. Həyat sığortası 5 il əvvəlki dövrlə müqayisədə 2,62 dəfə artaraq 159 milyon dollara çatıb. Ödənişlər isə 4 dəfə artaraq 139,5 milyon manata yüksəlib. Burada əsas pay həyatın yaşam sığortasının üzərinə düşür. 

Bu fakt onu göstərir ki, insanları könüllü həyat sığortasına marağı daha böyükdür. Maraqlı hallardan biri də könüllü tibbi sığortaya tələbin artmasıdır. Qısa müddətdə könüllü tibbi sığorta 50 faizdən çox artıb. 

Vətəndaşlar tibbi sığortanın faydalarını görürlər. Buna görə də icbari tibbi sığorta ilə yanaşı könüllü tibbi sığortaya da maraq böyükdür. 

Qeyri-həyat sığortalarında könüllü sığorta artsa da, burada zəif dinamika müşahidə olunur. Məsələn, avtonəqliyyat vasitələrinin könüllü sığortasında artım çox zəifdir. Bunun səbəbi sığorta ödənişləri üzrə qaydaların sərt olmasıdır. Ona görə də avtomobil sahibləri könüllü sığortaya maraq göstərmirlər”.

İ.İbrahimov proqnozlaşdırır ki, sığorta bazarında böyümə dinamikası qarşıdakı illərdə də davam edəcək. Onun fikrincə, işğal edilən torpaqların azad edilməsi sığorta məhsullarına tələbi artıracaq: 

"Tikintinin genişlənməsi mülki məsuliyyət, əmlak sığortasına, avtonəqliyyat vasitələrinin sığortası və başqa sığorta növlərinə marağı artıracaq. Tələbin artması sığorta haqları üzrə yığımların artmasına şərait yaradacaq”. 

Vasif
Sfera.az
 


Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man