Canni De Byazi: "Müqaviləmə hörmətlə yanaşıram"

Cəmiyyət 22 İyun 2021 | 17:56
OXUNUB: 1603
"Bütün bunlar yalnış məlumatdır və həqiqətə uyğun deyil. Mənim, ümumiyyətlə, belə məsələdən xəbərim yoxdur".

Bu fikirləri futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya komandalarından birinin sükanı arxasına keçəcəyi barədə yayılan iddialara münasibət bildirərkən deyib.

65 yaşlı mütəxəssis Azərbaycan yığması ilə müqaviləsinin davam etdiyini xatırladıb: "Peşəkar baş məşqçi kimi müqaviləmə hörmətlə yanaşıram. Buradakı iş və fəaliyyət prosesindən razıyam. Belə söhbətlərin həqiqətlə hansısa əlaqəsi yoxdur".

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla isə bildirib ki, italiyalı baş məşqçi müqaviləsinin sonunadək Azərbaycan yığmasında fəaliyyət göstərəcək: "De Byazi peşəkar mütəxəssisdir və AFFA ilə müqaviləsi var". // "Report"

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man