Yaponiyada koronavirusu 5 dəqiqəyə aşkarlayan metod hazırlanıb

Yeniliklər 23 Aprel 2021 | 23:56
OXUNUB: 547

Yaponiyanın “Riken” Elmi Tədqiqat İnstitutu, Tokio Universiteti və digər elmi tədqiqat müəssisələrinin tədqiqatçılar qrupu infeksiyanı 5 dəqiqəyə aşkarlamağa imkan verən yeni “COVID-19” test metodu hazırlayıb.

Bunun üçün biomaterial bir kvadratmetr üçün milyonlarla oyuğun olduğu şüşə üzərinə yerləşdirilir. Mikrokamera rolunu oynayan oyuqlar xüsusi mikroskopik yeni forma törəmə texnologiyası vasitəsilə yaradılır. Hər mikrokamerada reaktiv saxlanılır. Şüşə üzərindəki nümunədə koronavirusun ribonuklein turşusu (RNT) mövcud olan zaman kamera işıq saçmağa başlayır.

Ənənəvi polimeraz zəncir reaksiyasından (PZR) fərqli olaraq yeni metodda koronavirus ribonuklein turşusunun amplifikasiyasına ehtiyac yoxdur. Buna səbəb kimi onun mikrokamerada hətta cüzi sayda olan virusları aşkarlamağa imkan verməsi göstərilir. Yeni test 5 dəqiqəyə edildiyi halda polimeraz zəncir reaksiyasında minimum 1 saat və daha çox vaxt tələb olunur.

Alimlərin sözlərinə görə, yeni texnologiyanın seriyalı buraxılışına bir neçə il ərzində başlamaq olar./“ICTnews”

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man