“24 saat ərzində 105 kilometr ərazini azad etdik” - DSX-nin polkovniki

Cəmiyyət 12 Aprel 2021 | 23:12
OXUNUB: 2027
Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusu kimi, biz sərhədçilər də Sizin hücum əmrinizi gözləyirdik. Düşmənin növbəti təxribatlarına cavab olaraq, Sizin Müzəffər Ali Baş Komandanlığınız ilə Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğunuz tapşırıqlar uğurlu icra olunub.

Sfera.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin hərbi qulluqçularla görüşündə Dövlət Sərhəd Xidmətinin polkovniki Babək Ələkbərov söyləyib.

O bildirib ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan, Qubalı rayonlarının, eləcə də Hadrut qəsəbəsinin, Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şücaət və qəhrəmanlıq göstəriblər. Ermənistanla dövlət sərhədi boyu olan ərazilərimizdə və yüksəkliklərdə Azərbaycanın üçrəngli bayrağı, Zəfər bayrağı dalğalanmaqdadır.

Babək Ələkbərov deyib: "İkinci Qarabağ müharibəsi dövründə ən sürətli əməliyyat kimi yadda qalmış hücumda 24 saat ərzində 105 kilometr ərazini işğaldan azad edərək düşmənə ağır zərbələr endirmişik. Dövlət sərhədində Bartaz, Şükürataz, Qızıldaş kimi mühüm yüksəkliklər işğaldan azad edilmişdir. Dövlət Sərhəd Xidmətinin "Harop”, "Quzğun” və "Hermes” kimi pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin 290 texnikası məhv edilib. Özümü çox xoşbəxt hesab edirəm ki, qədim Xudafərin körpüsünün və Zəngilan şəhərinin işğaldan azad olunmasını cənab Ali Baş Komandan Sizə məruzə etmək şərəfi mənə nəsib olmuşdur”.

Onları yüksək dövlət mükafatı ilə təltif etdiyinə görə minnətdarlığını bildirən Babək Ələkbərov Ali Baş Komandan İlham Əliyevi əmin edib ki, Azərbaycan sərhədçiləri bütün sərhədlərimizin mühafizəyə götürülməsi kimi çətin və şərəfli tapşırığın öhdəsindən bundan sonra da əzmkarlıqla gələcəklər.

"Qürurluyam ki, mən qalib Ali Baş Komandanın, qalib dövlətin, qalib xalqın zabitiyəm”, - deyə polkovnik vurğulayıb.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man