Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi ilə bağlı YENİ XƏBƏR

Cəmiyyət 12 Aprel 2021 | 19:36
OXUNUB: 2270
Nazirlər Kabineti nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsinin yeni qaydasını müəyyən etməlidir.

Sfera.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 noyabr tarixli 24 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti "Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununa 1 saylı Əlavə – "Nəqliyyat vasitələrinin nasazlıqlarının siyahısı”nın VII hissəsinin 3-cü bəndinə uyğun olaraq, nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi qaydasını üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etməlidir.

Qeyd edək ki, "Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən, sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək təhlükəsi yaradan nəqliyyat vasitələrinin nasazlıqları sırasına jalüz çəkilməsi də daxil edilib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man