“Ermənistan döyüşləri tək davam etdirsə, təbii ki, uduzacaq"

Cəmiyyət 22 İyul 2020 | 17:49
OXUNUB: 2743

"Prezident İlham Əliyevin dünənki çıxışını izlədim. Həqiqəti söylədi ki, Ermənistan döyüşə tək gəlsə, üçüncü dövlət müdaxilə etməsə, onlar bizimlə bacara bilməzlər. Təbii ki, bu fikirlə tam razıyam. Biz regionda hegemon dövlətik”.

Bunu "MediaPost”a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. 

Politoloq bildirib ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun onların təxribatlarına layiqli cavab verdiyini görüb növbəti dəfə gərginlik yaratmaq istədilər: "Hətta bu münaqişədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) dəstək gözləmələri də nəticəsiz qaldı. Çünki KTMT-yə üzv olan dövlətlər keçmiş sovet respublikalarıdır, hər biri Azərbaycan ilə siyasi-iqtisadi baxımdan əməkdaşlıq edirlər. Bu gün KTMT açıq şəkildə Ermənistana dəstək göstərməsə də, Rusiya Ermənistana dolayısı ilə iqtisadi, siyasi, hərbi dəstək göstərir. Prezident İlham Əliyevin dünənki çıxışını izlədim. Həqiqəti söylədi ki, Ermənistan döyüşə tək gəlsə, üçüncü dövlət müdaxilə etməsə, onlar bizimlə bacara bilməzlər. Təbii ki, bu fikirlə tam razıyam. Biz regionda hegemon dövlətik. Modern hərbi texnikalarımız, silah-sursatımız, döyüş vasitələrimiz var. Son vaxtlar Türkiyədən də aldığımız müasir hərbi vasitələr bunu deməyə əsas verir. Ermənistan da bunu görür. Onların Tovuz hadisələri ilə bağlı məqsədi təkcə Azərbaycanı işğalçı, özlərini isə yazıq dövlət kimi göstərmək deyil, həm də Tovuz ərazisində yerləşən infrastruktur-nəqliyyat sahələrini ələ keçirmək istəyirdilər. Prezidentimizin də dediyi kimi, Ermənistan döyüşləri tək davam etdirsə, təbii ki, uduzacaq".

R. Məmmədovanın fikrincə, Tovuzda gedən münaqişə hesablanmamış münaqişə idi: "Çünki hadisələr Qarabağ bölgəsindən tamamilə başqa bölgəyə keçib. Bu münaqişəni geriyə - Qarabağ istiqamətinə keçirmək lazımdır. Müharibə başlanılıbsa, davam edilməlidir. Bu gün Türkiyə Azərbaycanın yanındadır. ABŞ Konqresi də Ermənistanın işğalçı dövlət olmasını qəbul etdi. Bütün bu situasiyalardan özümüzə qazanc götürüb Qarabağı geri qaytarmalıyıq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man