Azərbaycanda bütün qatarlarda “WiFi” olacaq

Cəmiyyət 19 İyun 2020 | 10:40
OXUNUB: 1248

"Abşeron dairəvi dəmir yolu xəttində "WiFi” şəbəkəsinin keyfiyyətinin yüksəldilməsi üçün test prosesləri yekunlaşıb".

Bunu "Report”a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Məlumat-Hesablama Mərkəzi Departamentinin rəisi David Əliyev bildirib.

 

Onun sözlərinə görə, bununla bağlı pilot layihə həyata keçirilir: "Layihə uğurla ucra olunsa dairəvi dəmir yolu xətti üçün layihələndirməyə başlanılacaq. Gələcəkdə ölkədə bütün qatarlarda "WiFi” şəbəkəsinin qurulması nəzərdə tutulur”.

Xatırladaq ki, martın 18-də Abşeron dairəvi dəmir yolunun Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı olub. Yenidən qurulan Pirşağı-Görədil-Novxanı-Sumqayıt sərnişin xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verilir. Belə ki, Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında artıq istismara verilib. Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir.

 
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man