“Axı bura AMEA-dır, Aşıqlar Birliyi yox…” – Siyasilər koronavirusa şeir yazılması haqda

Cəmiyyət 12 İyun 2020 | 14:46
OXUNUB: 2191

"AMEA-nın başında duranlar hər zaman zəhərli ideoloji viruslar yaymaqla məşğul olub. İndi də həmin işlə məşğuldurlar”.


Sfera.az-a açıqlamasında bu sözləri AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı və Azad Həmkarlar İttifaqının maliyyə dəstəyi ilə akademiyada çalışan elm adamlarının çap olunacaq ədəbi almanaxında pandemiya və koronavirusa həsr edilən şeir və bədii əsərlərin də yer alacağı barədə qurumun birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin fikirlərinə münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Onun sözlərinə görə, bu addım onu göstərir ki, AMEA-da işsizlik və bekarçılıq hökm sürür:

 

"Bekarçılıqdan nə edəcəklərini bilmirlər. İndi də şeir yazmaq, həm də koronavirusa həsr olunan şeir yazmaqla baş qatırlar. Şeiri şair yazar, AMEA-da belə savadlı, qabiliyyətli alim və elmi işçilərimiz varsa, qoy koronavirusun dərmanını tapsınlar, insanlarımızın da canı qurtarsın. Yoxsa AMEA bu kimi hərəkətləri ilə Azərbaycanda əlavə xəstəlik yayır. Bu mənada AMEA-dan xeyirli nəsə gözləməyə dəyməz. Bu qurumun başında duranlar hər zaman ölkədə zəhərli ideoloji viruslar yaymaqla məşğul olub. İndi də həmin işlə məşğuldurlar. Elm sahəsində araşdırmağa layiq ciddi sahələr çoxdur, gedib onlarla məşğul olsunlar”.

 

Partiya sədri deyir ki, AMEA özünü gülünc vəziyyətə qoyur: "Şairlərimiz, yazıçılarımız, meyxanaçılarımız var, lazım gəlsə, onlar virusa həsr olunan müəyyən əsərlər yaza bilərlər”.


"Şeir oxumaq və yazmaqla kim sağalacaq, koronavirusun qarşısı alınacaq”?

Bunu isə sayta açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu söyləyib: "AMEA Azərbaycanda hərbi sənayenin inkişafı, iqtisadiyyatının dirçəldilməsi istiqamətində elmi işlərlə məşğul olmalıdır. Vaxtilə sovet rejimində Azərbaycan xalqını şair xalq adlandırmışdılar. İndi hamı dönüb şair olub? Belədə AMEA dönüb olacaq, Aşıqlar Akademiyası. Biabırçılıqdır. Koronavirusa şeir qoşmağın elmə nə aydiyyatı var? Virusla mübarizədə vaksin hazırlamaq, rəqəmləri təhlil etmək, perspektivləri müəyyən etmək əvəzinə boş işlərlə məşğuldurlar”.

 

 

Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man