Azərbaycanda daha bir kənddə koronavirus yayıldı

Cəmiyyət 11 İyun 2020 | 12:55
OXUNUB: 1707
 

İsmayıllı rayonunun daha bir kəndinin sakinləri arasında koronavirusa yoluxma aşkarlanıb.

Sfera.az xəbər verir ki, Rayonun Bizlan kənd ərazi nümayəndəsi Şahbəndər Əmrahiyev Azvision.az -a açıqlamasında bildirib ki, kənddə 3 nəfər koronavirusa yoluxub.

 

"Kənd sakinlərinin məlumatına əsasən, iki qadın İsmayıllı rayonunda yas məclisində iştirak ediblər və orada virusa yoluxublar. Yoluxanlardan biri koronavirus testi pozitiv çıxan qadının qardaşıdır. Onlar Balakən rayon Mərkəzi Xəstəxanasına aparılıb. Gündəlik xəbər alıram, qızdırmaları ölçülür və heç bir narahatlıq yoxdur. Həmin şəxslərlə təmasda olanlardan analizlər götürülüb və nəticələri neqativ çıxıb".

Ş.Əmrahiyev bildirib ki, qonşu Tircan kəndinə daha 4 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Xatırladaq ki, son günlər İsmayıllıda koronavirusa yoluxma hallarının artması ilə əlaqədar bu rayonda iki günlük sərt karantin rejimi tətbiq olunacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man