Region qeydiyyatında olanlar rayonlara getsə, Bakıya qayıda bilməyəcəklər - RƏSMİ

Cəmiyyət 05 İyun 2020 | 17:40
OXUNUB: 2738
 

Baş Nazir Əli Əsədovun "Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə" qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilir.

Hazırda bir çox insan sözügedən şəhərlərdə çalışsa da başqa rayon qeydiyyatındadırlar. Sərt karantin rejimində regionlara getmək istəyənlər qayıda bilməyəcəklərindən narahatdır.

Sfera.az  xəbər verir ki, Qazet.az-ın suallarını cavablandıran Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirir ki, həmin şəxslər növbəti həftədə paytaxt Bakıya və qeyd edilən şəhər və rayonlara qayıda bilməyəcəklər.

"Onlar regionlara gedə bilməzlər. Regionlardan da paytaxta gələ bilməzlər", - deyə İ.Məmmədov qeyd edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man