Bu gündən Bakıda marşrut avtobuslarında kondisionerlər işə salındı

Cəmiyyət 04 İyun 2020 | 18:50
OXUNUB: 1721
 Bakıda sərnişin avtobuslarında kondisionerlərin qoşulmasına başlanıldı

Bu barədə report-a Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat katibi Mais Ağayev deyib.

O bildirib ki, "Baku Bus”a məxsus bütün avtobuslarda kondisionerlər işə salınıb: "Hazırda bununla bağlı daşıyıcılara göstəriş verilib: "Yay mövsümünün iyunun 15-də başlamasına baxmayaraq, müntəzəm sərnişin avtobuslarında sərinləndirmə sistemlərinin işə salınmasına göstəriş verilib. Sərnişinlərin rahatlığı baxımından qəbul olunan qərarla bağlı daşıyıcılara da xəbərdarlıq edilib". 

M.Ağayevin sözlərinə görə, artıq bu gündən mərhələli şəkildə avtobuslarda sərinləndirmə sistemləri işə salınır: "Qeyd edim ki, bundan əvvəlki illərdə də məhz sərnişinlərin rahatlığı nəzərə alınaraq sərinləndirmə sistemləri vaxtından əvvəl işə salınıb".
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man