Görünməmiş saxtakarlıq; 2015-i 2018-ə “peredelka” edib satdılar - VİDEO

Nəqliyyat TV 24 Avqust 2020 | 07:00
OXUNUB: 2355

Türkiyənin Kocaeli şəhərində ikinci əl avtomobil alan şəxs maraqlı hadisə ilə qarşılaşıb. Avtosfer.az “showturk.com.tr”yə istinadən xəbər verir ki, yerli sakin naməlum satıcılar tərəfindən aldığı maşının əyər-əskiyini yoxlamaq üçün avtoekspertizaya aparıb. Yoxlamadan keçirilən avtomobilin nəticələrini görən hər kəs isə heyrətə düşüb. Çünki, avtomobilin ön hissəsi 2015-ci, arxa hissəsi isə 2018-ci il modelinə aid olub.

Heyrətini gizlədə bilməyən ekspertiza işçisi Sami Tarcan və adının açıqlanmasını istəməyən avtomobilin sahibi görüntüləri çəkərək sosial şəbəkədə paylaşıb.

Qeyd edək ki, avtomobili yığan saxtakarlar sözün əsl mənasında elə bir “ustalıq” nümayiş etdiriblər ki, adi gözlə baxdıqda avtomobili yenisi ilə fərqləndirmək qeyri-mümkün olur.

 

Namiq Musayev

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man