Rusiyanın Novosibirsk şəhərində polis, piyada keçidində 7 yaşlı qızı vurub qaçan motosikletlini axtarır. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Ploxotno küçəsində baş verib. Qəzanın görüntüləri isə təhlükəsizlik kamerasına düşüb.
Kadrlarda, bir neçə uşaqların piyada keçidinindən qaçaraq keçməyə çalışdıqları və bu zaman sürətlə hərəkət edən motosikletin onlardan birini vurduğu görülür.
Zərbənin təsirindən balaca qız asfalta çırpılır. Motosikletli isə sürətini yavaşlatmadan yoluna davam edir.
Yerli KİV-in məlumatın görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları isə, hadisə yerinə gələrək şahidlərdən qəzanın hansı şəraitdə baş verdiyini və qaçan motosikletlinin əlamətləri ilə maraqlanıblar.
Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Namiq Musayev
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man