Azərbaycanda koronavirusun pik dövrü açıqlandı - RƏSMİ

Cəmiyyət 22 May 2020 | 19:45
OXUNUB: 6848
 "Azərbaycanda koronavirusa yoluxmada pik dövrün yaşanması ötən həftə baş verib”.

Sfera.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ötən həftə yeddi nəfər koronavirusdan ölüb:

"Son həftə ərzində - mayın 16-da 158 nəfərdə koronavirusa yoluxma halı qeydə alınmaqla, pik dövr olub.

Keçən həftə 755 nəfər koronavirusa yoluxub. Bu həftə isə 581 nəfərdə koronavirusa yoluxma halı aşkar edilib. Hələ də koronavirusa yoluxma hallarının intensivliyinin yüksək olduğunu görürük”.

"Həftənin digər günləri ilə müqayisədə dalğalanmalar olub. Ona görə də vəziyyətin sabitliyi haqqında tam fikir söyləmək çətindir. Növbəti həftədə virusdan sağalanların sayının daha çox olacağını gözləyirik”, - deyə o qeyd edib.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man