DYP texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib

İctimai nəqliyyat 06 Avqust 2020 | 13:30
OXUNUB: 2662

Baş Dövlət Yol Polisi İdarəsi texniki baxışla bağlı hüquqi və fiziki şəxslərə müraciət edib. İdarədən Avtosfer.az-a verilən məlumata görə, şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, “icaze.e-gov.az” portalı vasitəsi ilə tərk etmək sisteminin 5 avqust 2020-ci il tarixdən ləğv edildiyi nəzərə alınaraq, DİN Baş DYP İdarəsi istifadəsində olan nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış avtomobil sürücülərinin və sahiblərinin diqqətinə çatdırır ki, sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonu ərazisində yerləşən Texniki Müayinə Mərkəzində və ya Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində, avtomobillərini texniki baxışdan keçirmək üçün sərtləşdirilmiş karantin rejimi tətbiq edilmiş inzibati ərazilərə getmək məcburiyyətində olmayan digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu BDYP-nin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər.

 

Namiq Musayev

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man