Azərbaycanda karantin rejimi yumşaldıldı - BU İŞ YERLƏRİ AÇILDI - SİYAHI

Cəmiyyət 26 Aprel 2020 | 20:39
OXUNUB: 4806
Azərbaycanda bu gündən məhdudiyyətlərin bir qismi yumşaldılıb. 

Sfera.az xəbər verir ki, beləliklə, ölkə üzrə 2020-ci il 27 aprel saat 00:00-dan etibarən:

1) "ASAN Xidmət” mərkəzlərində vətəndaşların qəbulu ASAN mobil tətbiqi, internet saytı və çağrı mərkəzləri vasitəsilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlayır.

2) Aşağıda qeyd edilən iş və xidmət sahələrində fəaliyyət bərpa olunur:● fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)● kitab satışı● qəzet satışı● dəftərxana mallarının satışı● çap və surətçıxarma fəaliyyəti● fotoatelye/fotostudiyalar● fərdi mənzillərdə təmizlik xidmətləri● dərzi xidmətləri● kosmetika və ətriyyat satışı● geyim satışı● ayaqqabı və dəri məmulatlarının satışı● qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti● mobil cihazların, ehtiyat hissələrinin və aksessuarlarının satışı və təmiri● kompüter avadanlıqlarının satışı və təmiri● elektronika və məişət texnikasının satışı● mebel satışı● avtomobil satışı● kimyəvi məhsulların satışı● gül və bitki məhsullarının satışı● kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı● gübrə və aqrokimyəvi məhsulların satışıTicarət Mərkəzləri və "Mall”ların nəzdində qeyd olunan sahələrin fəaliyyətinə məhdudiyyət qüvvədə qalır.
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man