Ekspert: “Abşeron dairəvi dəmir yolu sərnişinlərin yola sərf etdiyi vaxtı xeyli azaldacaq” - RƏY

Cəmiyyət 19 Mart 2020 | 17:10
OXUNUB: 4762
 

Dünən Pirşağı-Görədil-Novxanı-Sumqayıt dəmir yolu xəttinin açılışı ilə Abşeron dairəvi dəmir yolu tam istismara verildi. Ümumiyyətlə, dairəvi hərəkət şəhərətrafı sərnişindaşımada hansı keyfiyyət dəyişiklikləri yaradacaq?

Bu barədə açıqlama verən Azərbaycan Texniki Universitetinin "Dəmiryol nəqliyyatının istismarı" kafedrasının dosenti Leyla Həsrətova şəhərətrafı daşımaların dəmir yolu nəqliyyatının dairəvi hərəkət vasitəsilə yerinə yetirilməsini, sərnişinlərin yola sərf etdiyi vaxtı xeyli azaldacağını deyib:

"Fikrimcə, ətraf qəsəbələrdən şəhərə gələn sərnişinlər dairəvi yoldan istifadə etdikdə vaxt itkisini aradan qaldıracaqlar. Vaxtdan səmərəli istifadə etmək istəyən əlbəttə ki, dəmir yolunu seçəcək. Həm də yol boyunca sərnişinə göstərilən xidmət də öz sözünü deyəcək. Belə ki, sərnişin axınlarının təhlili göstərir ki, insanlar sürət və qiymətdən daha çox hərəkətin komfortluğuna üstünlük verirlər. Gələcəkdə sərnişin axını artarsa, qatarların sayını artırıb, qatarlararası məsafəni də azaltmaq mümkün olacaq”.

Ekspertin fikrincə, dəmir yolu digər ictimai nəqliyyat vasitələrinə nisbətən sürət baxımından aşkar üstünlüyə malikdir: "Dəmir yollarında sərnişin qatarlarının hərəkətinin texniki və sahə sürətləri, təxminən, 80-135 km/saat təşkil edir. Bu, indi dəmir yolu nəqliyyatının rəqabətə davamlılığında təsir edir. Avtomobil nəqliyyatında şəhərdaxili hərəkətin texniki sürətləri orta hesabla 25-30 km/saat, şəhərətrafı qəsəbə avtomagistrallarda isə 60-70 km/saat diapozonunda dəyişir. Gələcəkdə sərnişin axını artarsa, qatarların sayını artırıb, qatarlararası məsafəni də azaltmaq mümkündür. Bu da öz növbəsində hərəkət intensivliyini artıracaq”.

Xatırladaq ki, Abşeron dairəvi dəmir yolu xəttinin istismar uzunluğu 91, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bakı sərnişin-Keşlə-Koroğlu-Bakıxanov-Sabunçu dəmir yolu xətti ötən ilin mayında, Sabunçu-Zabrat 1-Zabrat 2-Məmmədli-Pirşağı dəmir yolu xətti isə ötən ilin noyabrında istismara verilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man