Koronavirusla bağlı şaiyə yayanlar həbs edilə bilməz – Hüquqşünasdan açıqlama

Cəmiyyət 13 Mart 2020 | 12:54
OXUNUB: 3519

"Əslində burada söhbət hansı subyektin yalan məlumat yaymasından gedir”.


Sfera.az-a açıqlamasında bu sözləri Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin koronavirusla bağlı yalan məlumat yayanlarbarəsində hüquqi məsuliyyət tədbirinin görüləcəyilə bağlı xəbərdarlığı fonunda, belə panika yayanları hansı məsuliyyət və cəzanın gözlədiyi məsələsinə aydınlıq gətirərkən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

 

Ə. Nuriyev bildirdi ki, KİV-lər yalan məlumat yayıbsa, məsuliyyətə cəlb olunurlar: "Koronavirusla bağlı yalan məlumatlat kütləvi informasiya vasitələrində gedibsə, KİV-lər yoxlanılmayan məlumatı yaydıqlarına görə məsuliyyət daşıyır. Həm İnzibati Xətalar Məcəlləsinin 188-ci maddəsi, həm də "KİV haqqında Qanunun” 10-cu maddəyə görə məsuliyyət daşıyırlar. Amma burada söhbət cərimələrdən gedir”.


Hüquqşünas qeyd etdi ki, koronavirusla bağlı yalan məlumat yayan vətəndaşa isə qanunvericilkdəki boşluq səbəbindən hər hansı bir məsuliyyət düşmür: "Koronavirusla bağlı yalan məlumat ayrı-ayrı vətəndaşlar tərəfindən adi qaydada panika formasında yayılıbsa, buna görə məsuliyyət nəzərdə tutan hallar yoxdur. Qanunvericilikdə bununla bağlı müəyyən boşluqlar var. Ona görə də həmin boşluğun aradan qaldırılması üçün qanunvericilikdə müvafiq dəyişiklik edilməlidir. Həmin boşluq da belə hallarla bir qayda olaraq rastlaşmamağımızdan irəli gəlir. Yalnız karantin qaydalarının pozulmasına görə, İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub”.

 

 

Elçin

Sfera.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man