Reklam Agentliyinin seçki anarxİYAsı

Cəmiyyət 27 Fevral 2020 | 10:00
OXUNUB: 2006
 

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin sonuncu müsahibəsində yer alan bir fikir diqqətimi çəkdi və düşündüm ki, onun "Seçkilərə iqtidar partiyası və perspektivli namizədlərlə bazarlıq etmək üçün, həmçinin ayrı-ayrı mafioz qüvvələr tərəfindən təxribat məqsədilə göndərilmiş çoxlu sayda namizəd qatılmışdı” kimi alt qatında ciddi ismarıclar yatan qənaəti ətrafında araşdırma aparmaq cəmiyyətimiz üçün də faydalı olar. Çox da uzağa getmədən elə BAXCP sədrinin lider namizəd olduğu 36 saylı Xətai dördüncü seçki dairəsindən başlamaq qərarına gəldim.
Öncə qeyd edim ki, təxminən 2 aya yaxın bir zaman kəsiyində bu seçki dairəsində baş verən proseslərin epidsentrində olmuşam və namizədləri də kifayət qədər yaxşı tanıyıram. Və elə yaxşı tanıdığım üçün də namizəd kimi qeydə alındığı ilk gündən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, təbliğatını marketlərin vitrinlərindən başlamış piştaxtalarına kimi hər yerdə aparmaq lükuna sahib olan, təbliğat-təşviqat kampaniyasına start verildiyi andan və həm də heç bir əsas olmadan seçki prosesinin üzərinə kölgə salmağa çalışan Dövlət Reklam Agentliyinin Reklam fəaliyyətinə nəzərətin təşkili şöbəsinin əməkdaşı İya Şaşlovanın "izinə düşəcəyəm”. Ola bilsin ki, elə indicə ağlınızdan "nə üçün İya Şaşova” sualı keçsin. Narahat olmayın, bütün suallarınıza yazının davamında cavab tapa biləcəksiniz.

Agentliyin "agenti”

BAXCP sədri Qüdrət Həsənquliyevin parlamentin iclaslarında ən çox və haqlı olaraq tənqid etdiyi qurumlardan biri də Dövlət Reklam Agentliyi olub. Qüdrət bəy Milli Məclisin 12 fevral 2019-cu il tarixli plenar iclasında hətta agentliyin ləğvi məsələsini gündəmə gətirib və qeyd edib ki, bu qurumun səlahiyyətləri bələdiyyələrə verilməlidir. BAXCP sədrinin həmin çıxışını olduğu kimi diqqətinizə təqdim edirəm:
"Bakı şəhərində bütün köşklər universitetlərin, məktəblərin ətrafında, metro stansiyalarının çıxışında yerləşdirilib. Baxmayaraq ki, tütün məmulatlarının reklamı qadağan olunub – amma bütün köşklərin ön şüşələrində xüsusi işıqlandırma ilə yalnız siqaretlər yerləşdirilib. Siqaretin üzərində yazılıb ki, siqaret çəkmək səhhətiniz üçün zərərlidir. Onun da üzərində siqaretin reklamı yerləşdirilib. Hər kəs buradan çıxanda köşklərin birinin qarşısında bunu görə bilər. Gecələr isə işıqlandırma ilə ümumiyyətlə birbaşa insanlara çağış edilir. Xüsusilə də bütün bunlar məktəblərin yanında baş verir. Milli Məclisin yanında 20 saylı məktəbin qarşısında köşk var. Bir dəfə onun qarşısında dayandım və bu mənzərəni gördüm. Bu reklamdır. Azərbaycanda Reklam üzrə Dövlət Agentliyi var. Bu agentliyin əməkdaşları bir dəfə gəlib bizim ofisin qarşısındakı supermarketə iradlarını bildirmişdilər. Mən soruşdum ki, nə baş verir? Dedilər ki, məcbur edirlər ki, supermarketin şüşələri rənglənsin. Ona görə ki, içəridə satılan mallar görsənir. Bildiriblər ki, ya reklama görə vəsdait ödəməlisiniz, ya da supermarketin şüşələrini rəngləməlisiniz ki, içəridəki mallar bayırdan görsənməsin. Necə olur, bunu etdikləri halda, köşklərdəki siqaretləri yığışdırmırlar? Deməli burada hansısa korrupsiya faktları, əlamətləri var və siqaret açıq şəkildə reklam olunur. Yaxud spirtli içkilər satan mağazalar var ki, vitrin şüşələrinin arxasına bütün növ spirtli içkiləri düzürlər. Bundan böyük reklam necə ola bilər ki? Şəhərin mərkəzi daxil omaqla hər yerdə belədir. Yəni dövlət agentliyi bunun qarşısını almırsa, deməli həmin şəxslərdən rüşvət alır. Biz deputat həmkarlarımızla birlikdə bir dəfə Fransadaydıq. Həmkarlarımızdan biri siqaret almaq istəyirdi. Bir supermarketə girdik. Supermarketi gəzsək də siqaret tapa bilmədik. Axırda soruşduq ki, siqareti harada satırlar? Bildirdilər ki, siqaretlər açıq yerdə qoyulmur. Siz soruşanda onu qapalı yerdən götürüb verə bilərlər və biz bu qayda ilə siqaret aldıq. Amma bizdə siqaretin reklamı qadağan olduğu halda siqaret məktəblərin yanında, metrostansiyaların çıxışıında, gənclərin ən çox gəzdiyi bulvarda, hər yerdə köşklərin ön şüşəsi belə siqaretlə bağlanıbsa bundan böyük reklam nə ola bilər ki? Daha öncə bələdiyyələr haqqında danışırdıq. Düşünürəm, reklamlar bələdiyyələrə verilməldir ki, onların da maliyyə mənbələri olsun. Amma indi bələdiyyələrin mülkiyyətində olan obyektlərin üzərinə reklam vurulduqda, həmin reklamdan gələn gəlirin müəyyən hissəsi bələdiyyələrə ödənilir. Buna görə, xüsusi dövlət agentliyi yaratmağa ehtiyac yoxdu ki, onların saxlanmasına da bu qədər xərc çəkilsin. Məncə bu qurum ləğv olunmalıdır və reklamların yerləşdirilməsi səlahiyyəti də bələdiyyələrə verilməlidir".
(Mənbə: //www.xalqcebhesi.az/news/politics/33464.html)
Əslində sağlam düşünməyi bacaran istənilən şəxs üçün Qüdrət Həsənquliyevin yuxarıda iqtibas gətirdiyim çıxışında Reklam haqqında Azərbaycan Respublikasının Qanunun tələblərinə əməl edilməsi və gənc nəslin sağlamlığının qorunmasının vacibliyi ilə bağlı çağırışdan başqa və şəxsi heç nə yoxdur.
Reklam haqqında qanunda açıq və imperativ şəkildə deyilir ki, "tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanlarının reklamı qadağandır”.
Amma görünür kimlərsə öz biznes və korporativ maraqlarını Azərbaycan Respublikasının qanunlarından üstün tutur, onlara qanunların tələblərini xatırladanlardan isə qisas almaq üçün fürsət axtarır, bunun üçün hətta siyasi proseslərə müdaxilə etməkdən belə çəkinmirlər.

ASAN-dan "çətinə” aparan yol

...İya Şaşlovanın tərcümeyi-halında və fəaliyyətində diqqət çəkən digər məqamlar da az deyil. Buyurun, özünüz nəticə çıxarın:
Şaşlova ASAN xidmətdə çalışıb, ASAN-ın tibb məntəqələrinə məsil olub. Seçkidən bir müddət öncə Dövlət Reklam Agentliyinin Reklam fəaliyyətinə nəzərətin təşkili şöbəsinə gətirilib. Halbuki ixtisası buna imkan vermir. İxtisasca tibb bacısıdı. Sonra Gürcüstanda Tbilisi Dövlət Tibb Universtitetin müalicə fakultəsində oxuyub. Tibb universitetində təhsilini başa vurub-vurmaması məlum deyil. Hazırda Dağıstan Dövlət Universtitetin Hüquq fakultəsinin 3-cü kurs tələbəsidir.
İya Şaşlova dövlət qulluğunda çalışdığı halda həm də Gənc Sahibkarlar Klubunun ən fəal üzvlərindəndir. Gənc Sahibkarlar Klubunun koordinatoru Anar Sarıyev eyni zamanda Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi İctimai Birliyinin sədridir və bir qayda olaraq "Korrupsiyaya qarşı mübarizədə ASAN Xidmət modelinin təbliği” kimi layihələr həyata keçirir.
Belə... Hesab edirəm ki, seçkiyə "Həyatınızı asanlaşdırın” şüarı ilə qatılan İya Şaşlovanın qarşısına qoyulan hədəfin "asanlaşdırmaq” deyil, çətinləşdirmək olduğunu başa düşmək də çətin olmadı. Amma bu dəfə də alınmadı və seçkidə anarxİYA yaratmaq istəyənlərin niyyəti elə niyyət olaraq da qaldı...
P.S. İya Şaşlova bu gün utanmadan özünü, bütövlükdə seçkinin üzərinə kölgə salmaq istəyənlərin istifadəsinə təqdim edir... Seçkidə qalib gəlmək şansının olmadığını, bütün planlı-plansız təxribatlarının seçkinin yekun nəticəsinə təsir etməyəcəyini, Qüdrət bəylə arasındakı səs fərqinin həddindən artıq böyük olduğunu bilə-bilə, yenə də şoularını davam etdirir. Utanmadan...
Nə o utanır, nə də ondan istifadə edənlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man